
Bu barədə milli fəal özünün sosial media hesabında paylaşım edib.
Məlumata görə, ana dili hərəkatı fəalı Əlirza Fərşi həbs cəzasından sonra iki illik sürgün cəzasını yaşamaq üçün mayın 22-də Xuzistan əyalətinin Bağməlik şəhərinə göndərilib.
Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
O, 2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.