DünyaİranSiyasət

ABŞ və Britaniya xarici işlər nazirləri İranın Yaxın Şərqdə sabitliyi pozan rolunu müzakirə edib

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ və Britaniya xarici işlər nazirləri İran da daxil olmaqla, ikitərəfli və beynəlxalq məsələlərlə bağlı telefon danışığı aparıb.

ABŞ Dövlət Departamentinin sözcüsünün bildriyinə görə, oktyabrın 7-də ABŞ dövlət katibi Mayk Pompeo ilə Britaniya xarici işlər naziri Dominik Robla İranın Yaxın Şərqdəki sabitliyi pozan rolu barədə telefon danışığı aparılıb.

Telefon danışığı zamanı tərəflər habelə Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra iki ölkə arasında iqtisadi razılaşma, Türkiyənin Suriyanın şimalına mümkün hücumu və ABŞ diplomatının həyat yoldaşının idarə etdiyi avtomobillə Britaniya vətəndaşının ölümü ilə nəticələnən qəza kimi məsələlər də müzakirə edilib.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close