Site icon Aznews TV

ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Daha çox aviaşirkət Rusiyaya və Rusiyadan reysləri ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb. ABŞ vətəndaşları hazırda mövcud olan kommersiya variantları vasitəsilə Rusiyanı dərhal tərk etməyi düşünməlidirlər”, – müraciətdə qeyd olunub.

Səfirlik xatırladıb ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib.

Exit mobile version