BölgəDünya

ABŞ Xarici İşlər Nazirliyi vətəndaşlarına səsləndi: İraqa getməsinlər!

Son olaylardan sonra ABŞ Xarici İşlər Nazirliyi adamqaçırma və silahlı çatışma hallarına görə vətəndaşlarından İraqa səfər etməmələrini istəyib.

Bununla bağlı nazirlik xəbərdarlıq bəyanatı yayıb.

“ABŞ vətəndaşları İraqda qaçırılma və qarşıdırma halları ilə qarşı-qarşıyadırlar. Bir çox terrorçu qrup İraqda fəaldır və daim iraqlı əsgərlərə hücum edirlər. Məzhəbçi hərbçilər ABŞ əleyhinədirlər. Onlar bu ölkənin vətəndaşlarını və qərb şirkətlərini təhdid edirlər. 31 Dekabrda İranın dəstəklədiyi terror təşkilatlarının Bağdad səfirliyinə hücumundan sonra bu səfirlikdə konsulluq xidmətləri verilməyəcək. Konsulluq işləri hələlik Ərbil konsulluq binasında olacaqr», – bəyanatda deyilib.

Xatırladaq ki, ABŞ 18 Oktyabr 2018-ci ildə Bəsrədə meydana gələn olaylardan sonra konsulluq binasını bağlamışdı ki, bu qərar günümüzədək sürür. İran tərəfdarları dekabrın 31-i ABŞ-ın Bağdaddakı səfirliyinin ətrafına yığışaraq binaya hücum elədilər.

CNN kanalının xəbərinə görə, binaya hücum edən insanlar İranın dəstəklədiyi silahlı təşkilatların üzvləridirlər.

Bu olaylarda İraqın təhlükəsizlik qüvvələri səssiz qalaraq hücum edənlərə müdaxilə etmədilər. Etirazlar yenidən başladığı zaman da İraq qüvvələri etirazçılara mane olmadılar. ABŞ son yaşanan olaylarda İranı məsul görsə də, Tehran bu ittihamları rədd edir.

Related Articles

Bir cavab yazın

Back to top button