BölgəDünyaİran

“Adrian Dərya” neftini Suriyaya təslim etdi

“Adrian Dərya” tankeri Suriyadakı bir limanda neft yüklərini boşaldıb.

Aznews.tv xəbər verir ki, bu barədə “Middleton East” məlumat yayıb.

Başqa bir mənbə isə 2,1 milyon barel neft daşıyan tankerin yükünün 55 faizinin cümə axşamı gecə boşaldıldığını iddia edib.

Xatırladaq ki, “Adrian Dərya”nın durumu ilə bağlı son yeniləmə bazar ertəsi günü olub. Tankerin Aralıq dənizinin şərqində, Kipr və Suriya sahilləri arasında yerdə olduğu bildirilib.

Qeyd edək ki, tanker iki ay əvvəl Cəbəllütariq ərazisini keçərkən Britaniya dəniz qüvvələri tərəfindən ələ keçirilmişdi və təxminən iki həftə əvvəl sərbəst buraxıldı. “Grace-1” kimi tanınan tanker o gündən sonra “Adrian Dərya” adlandırıldı və İran bayrağı altında hərəkət etməyə başladı. Digər tərəfdən, “Financial Times” qəzeti ABŞ-ın İran işləri üzrə xüsusi nümayəndəsi Brayn Hukun qeyri-adi bir elektron poçt vasitəsi ilə İran neft tankerinin kapitanından gəmini Birləşmiş Ştatlar tərəfindən saxlanıla biləcək sulara yönəltməyə çağırdığı iddiası ilə çıxış edib. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Adrian Dərya” və kapitanını sanksiya siyahısına almışdı.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button