DünyaİranSiyasət

“Adrian Darya” tankeri yenidən istiqamətini dəyişərək Türkiyə sahillərindən uzaqlaşdı

Aznews.tv BBC-yə istinadən xəbər verir ki, Cəbəlüttariq hökuməti tərəfindən uzun müddət saxlanılan İrana məxsus “Adrian Darya” neft tankeri Türkiyə sahillərindən uzaqlaşmaqdadır.

Naviqasiya saytlarının məlumatına görə, Vaşinqton və Tehran arasındakı mübahisə mövzularından biri sayılan İranın “Adrian Darya” neft tankeri, hərəkət istiqamətini deyişərək Türkiyə sahillərindən uzaqlaşır.

İran çərşənbə günü, 26 avqust Suriyaya neft daşıdığı iddiası ilə altı həftə ərzində Cəbəlüttariqdə saxlanılmış “Adrian Darya” neft tankerini satdığını bildirib.

Gəminin təyinatının əvvəlcə Yunanıstanın Kalamata limanı olmasına baxmayaraq, verilən məlumatlara görə, daha sonra Türkiyənin Mersin limanına doğru istiqamətini dəyişib. İndi isə gəmi yenidən öz təyinatını dəyişib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button