Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Ağ ev: Amerika İrana nüvə proqramı ilə bağlı məqbul təklif göndərib

Amerika administrasiyası İran iqtidarına Tehranın nüvə proqramı ilə bağlı məqbul təklif göndərib.

Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Amerika Prezidenti Donald Tramp aydın şəkildə bildirib ki, İran heç vaxt nüvə bombasına sahib ola bilməyəcək”, – bəyanatda deyilir.

“Amerika prezidentinin xüsusi elçisi Stiven Uitkoff İran rejiminə ətraflı və məqbul təklif göndərib və onların marağındadır ki, bunu qəbul etsinlər. Hazırkı sazişə hörmət əlaməti olaraq, administrasiya bu təklifin detallarını kütləvi informasiya vasitələrinə şərh etməyəcək”, – o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button