Dünyaİran

Ağ Ev Nəzar Zəkanın azad edilməsini alqışlayır: İrandan digər amerikalı məhbusların azad edilməsini tələb edirik

Aznews.tv xəbər verir ki, Ağ Ev, Amerikada daimi yaşamaq hüququ olan Livan vətəndaşı Nəzar Zəkanın İranda həbsdən azad edilməsini alqışlayıb.
Ağ Evin sözcüsü Sara Sanderz sözçüsü 11 iyun, çərşənbə axşamı Zəkanın Livana qayıtmasını məmnuniyyətlə qarşılayaraq deyib ki, əsas odur ki, İranda daha bir neçə nəfər həbsdədir və Birləşmiş Ştatlar onların da sərbəst buraxılmasını istəyir.
Amerikada yaşayan Livan vətəndaşı və azad internet fəalı olan Nəzar Zəka Həsən Ruhani hökümətinin dəvəti ilə konfransda iştirak etmək üçün İrana səfər etdikdən sonra 2015-ci ilin oktyabrında həbs edilib və İran məhkəmə orqanlarının “düşmən ABŞ hökuməti ilə əməkdaşlıq” adlandırdığı ittihamla 10 il həbs cəzasına və 4,5 milyon dollar cərimə ödəməyə məhkum edilmişdi.
Ötən həftə, Nəzar Zəkanın vəkili Maced Dəməşqiye Beyrutda “Associated Press” agentliyinə bildirib ki, müvəkkilinin sərbəst buraxılması Livan prezidenti Mişel Oun və baş naziri Səəd Həririnin səyləri nəticəsində baş tutur.
ABŞ Dövlət Departamenti dəfələrlə İslam Respublikası rejimi tərəfindən Amerika və digər ölkələrin vətəndaşlarının, o cümlədən ikili vətəndaşlığı olan iranlıların əsassız və özbaşına həbs edilməsini pisləyərək onların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.
Zəkanın azad edildiyi bir vaxtda, İranın Ali Məhkəmə Orqanının sözcüsü onun şərti azadlığa buraxıldığını iddia edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button