Site icon Aznews TV

Ağ Ev: “Rusiya İran qüvvələrinə nümayişçilərlə mübarizə aparmağı öyrədir”

“Biz hal-hazırda öz əsas hüquqlarını təmin etmək üçün etiraz aksiyası keçirən İranın cəsur vətəndaşları və qadınlarının yanındayıq. Biz Moskvanın etirazların yatırılması ilə bağlı Tehrana məsləhət verə biləcəyindən narahatıq, çünki Rusiyanın özünün küçə nümayişlərinin yatırılmasında böyük təcrübəsi var.”,- deyə, o, oktyabrın 26-da bildirib.

O, İran hökumətinin Ukraynaya qarşı müharibəni davam etdirmək üçün Rusiyaya dəstək verdiyi barədə sübutların olduğunu qeyd edib.

Karin Jan-Pierre deyib ki: “Bizim İrana mesajımız çox aydındır. öz xalqını öldürməyi və Rusiyaya silah göndərməyi dayandır”.

Ağ Evin sözçüsü hal-hazırda Rusiya ilə İranın əməkdaşlığının İran xalqlarının mədəni və insan hüquqlarını pozmaqla yanaşı ukraynalıların da həyatını təhlükəyə atdığını söyləyib.

Exit mobile version