Site icon Aznews TV

Ağ Ev, yoxsa Trampın vitrini? Əkbər Ləkəstani, müstəqil iranlı-amerikalı jurnalist

Səhər yuxudan oyanırsan.

Televizoru açırsan: Tramp.

Xəbərlərə baxırsan: Tramp.

Sosial şəbəkəyə girirsən: yenə Tramp.

Sikkəyə baxırsan: Tramp.

Kriptovalyuta bazarına baxırsan: yenə Tramp.

Acsansa, narahat olma. 2026-cı ilin aprelində bir “DoorDash” kuryeri iki paket “McDonald’s” yeməyini birbaşa Ağ Evdəki Oval Ofisə gətirdi. Tramp sifarişi şəxsən qəbul etdi və kuryerə 100 dollar bəxşiş verdi. Ağ Ev də bu hadisəni öz ictimai kommunikasiya çərçivəsində təqdim etdi.

İnsan istər-istəməz düşünür:

Amerika prezident seçib, yoxsa bir brend — və sonra həmin brendi yenidən seçib?

Çünki ikinci prezidentlik müddətində olan Trampın sadəcə siyasi adı yoxdur.

Onun öz sosial şəbəkəsi var “Truth Social”.

Onun öz internet yayımı var — “Trump TV”.

Onun adını daşıyan kriptovalyutası var.

Biznes imperiyasına otellər, qolf klubları və digər kommersiya daşınmaz əmlakları daxildir.

Və əlbəttə, Ağ Ev də var yenə.

Yalnız bir sual qalır:

Bunlardan hansı prezidentlikdir, hansı isə vitrin?

Prezident hər yerdədir

2025-ci ilin yanvarında “Trump” və ya $TRUMP kimi tanınan mem-koin ilk ticarət günlərində təxminən 9 milyard dollarlıq bazar dəyərinə çatdı. “Reuters” yazmışdı ki, kriptovalyutanın böyük hissəsi Trampla əlaqəli qurumların nəzarətində idi.

Təsəvvür edin, mağazaya girirsiniz.

Satıcı soruşur:

“Nağd, yoxsa kart?”

“Tramp.”

“Dollar?”

“Yox.”

“Kredit kartı?”

“Yox.”

“Kriptovalyuta?”

“Bəli.”

“Hansı?”

“Prezident.”

Bu yerdə iqtisadçı otaqdan çıxır.

Satiraçı içəri girir.

Ağ Ev, yoxsa avtomobil sərgi salonu?

2025-ci il martın 11-də Ağ Evin qarşısındakı ərazidə beş “Tesla” avtomobili nümayiş etdirildi. Tramp qırmızı “Tesla Model S” avtomobilində oturdu, şirkəti təriflədi və əməkdaşlarının istifadəsi üçün təxminən 80 min dollara bir avtomobil almaq niyyətində olduğunu bildirdi.

İndi Vaşinqtona gələn xarici bir turisti təsəvvür edin.

“Bu bina nədir?”

“Ağ Ev.”

“Bəs o maşınlar?”

“Tesla.”

“Bəs maşınların yanında dayanan həmin kişi?”

“Prezident.”

Turist bir qədər susur:

“Bağışlayın, mən Amerikanın hökumət mərkəzinə gəlmişəm, yoxsa avtomobil sərgi salonuna?”

“Bu gün hər ikisinə.”

Bu mərhələdə reallıq zarafatın yarısını artıq özü yazıb.

Medianı bəyənmirsənsə, öz medianı yarat

2026-cı ilin sentyabrında Ağ Ev CNN, MS NOW və POLITICO-nun Ağ Ev ərazisinə girişini qadağan etdi. Bu üç media qurumu administrasiyanı məhkəməyə verdi. Bundan sonra böyük televiziya şəbəkələri Ağ Evin ənənəvi televiziya yayımını da dayandırdı.

Sonra “Trump TV” gəldi.

Bu, ənənəvi televiziya kanalı deyil; Tramp administrasiyasının materiallarını və rəsmi videolarını yayımlayan 24 saatlıq internet yayımıdır. Ağ Ev onu sentyabrın 21-də işə saldı.

Təsəvvür edin, Ağ Evdə bir iclas keçirilir:

Digər media nə deyir?

Bizim xoşumuza gəlməyən şeyləri.

Onlara cavab verək?
Yox.

Bəs nə edək?

Öz mediamızı yaradaq.

Adı nə olsun?
“Trump TV”.

Vəssalam.

Güzgüdə özünü bəyənmirsənsə, güzgünü dəyiş.

Prezidentin fotoalbomu

Trampın diplomatiyasında daha bir diqqətçəkən xüsusiyyət var:

şəkillər.

Kim Çen In?

Şəkil.

Vladimir Putin?

Şəkil.

Başqa güclü dünya lideri?

Kameraları hazırlayın.

Müxtəlif dövlətlərlə, o cümlədən avtoritar liderlərin rəhbərlik etdiyi hökumətlərlə görüşmək prezident diplomatiyasının bir hissəsidir. Tramp ilk prezidentlik müddətində Kim Çen Inla üç dəfə görüşüb. 2025-ci ildə isə Alyaskada Putinlə görüşüb.

Amma bəzən şəkillər o qədər ön plana çıxır ki, diplomatiya çox bahalı bir ailə fotoalbomuna bənzəməyə başlayır.

“Hamı bir az yaxın dayansın.”

“Gülümsəyin.”

“Rəsmi arxiv üçün bir şəkil də.”

Zarafat prezidentlərin çətin hökumətlərlə və ya avtoritar liderlərlə görüşməməli olması deyil.

Onlar fikir ayrılığı olan hökumətlərlə də danışmalı və danışıqlar aparmalıdırlar.

Sual daha sadədir:

Nə vaxt şəkil nəticədən daha yadda qalan olur?

Çünki əl sıxmaq müqavilə deyil.

Təbəssüm sülh deyil.

Və tarixi bir şəkil öz-özlüyündə tarixi razılaşma deyil.

Bəzən görüş öz kurortuna gəlir
[23.09.2026 10:53] Elyar kamrani: Tramp Floridadakı şəxsi klubu olan Mar-a-Laqoda da xarici liderləri qəbul edib.

Ağ Ev Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə 28 dekabr 2025-ci ildə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə isə 29 dekabrda Mar-a-Laqoda keçirdiyi görüşləri sənədləşdirib.

Beləliklə, beynəlxalq diplomatiyanın yeni xəritəsi bəlkə də belə olmalıdır:

Ağ Ev dövlət işi.

Mar-a-Laqo — daha yaxşı mənzərəli dövlət işi.

Qapının üstündə yalnız bir lövhə çatışmır:

“Beynəlxalq diplomatiya
İclas otağı bu tərəfdə.
Xatirə şəkli o tərəfdə.”

Hətta Bayden də hələ işləyir

“Reuters” 21 sentyabr 2026-cı ildə bildirdi ki, Tramp 2026-cı il ərzində keçmiş prezident Co Baydenin adını çıxışlarında, müsahibələrində və sosial media paylaşımlarında təxminən 900 dəfə çəkib.

Bayden artıq prezident deyil.

Amma görünür, hələ də Trampın ofisində növbədədir.

Maaş yoxdur.
Ofis yoxdur.
Ağ Evə giriş kartı yoxdur.

Bəlkə də Vaşinqtonda ən qəribə təqaüd planıdır.

Və bu gün Birləşmiş Millətlər Təşkilatında

22 sentyabr 2026-cı ildə Tramp BMT Baş Assambleyasının iclasında 37 dəqiqəlik çıxış etdi.

İrandan danışdı.

Ukraynadan.

Süni intellektdən.

Venesueladan.

Kubadan.

Meksikadan.

Beynəlxalq Cinayət Məhkəməsindən.

Və əlbəttə, Birləşmiş Millətlər Təşkilatının özündən.

Hətta “süni intellekt” əvəzinə “super intelligence” “super zəka” ifadəsindən istifadə etməyi təklif etdi.

İranla bağlı isə Tramp xəbərdarlıq etdi ki, sülh razılaşması əldə olunmasa, ABŞ “İslam Respublikasını məhv edə bilər”. Eyni zamanda diplomatiyanın davam etdiyini və noyabrda keçiriləcək aralıq seçkilərindən sonra razılaşma əldə olunacağına ümid etdiyini bildirdi.

Burada satira bir qədər susur.

Çünki sikkə haqqında zarafat etmək olar.

Tesla haqqında zarafat etmək olar.

İnternet yayımı haqqında zarafat etmək olar.

Hətta Oval Ofisə McDonald’s çatdırılmasına da zarafat etmək olar.

Amma söhbət müharibədən gedəndə sözlərin arxasında insanlar var.

Əsgər.

Uşaq.

Ana.

Ata.

Ailə.

Və ölüm.

Prezident çıxışını bitirib tribunadan düşə və növbəti görüşə gedə bilər.

Amma müharibənin içində yaşayan insanların belə bir imkanı yoxdur.

Bəlkə də məsələ yalnız Tramp deyil

Bəlkə də söhbət yalnız bir nəfərdən getmir.

Bəlkə də söhbət müasir siyasətin özündən gedir:

imic,

kamera,

brend,

sosial şəbəkə,

internet yayımı,

kriptovalyuta,

şəkil,

əmlak,

başlıq

və nəhayət, səs.

Prezident prezident olmalıdır.

Nə brend.

Nə vitrin.

Nə də ölkənin sahibi.

Vətəndaşlar da sadəcə tamaşaçı olmamalıdır.

Baxmalıdırlar.

Soruşmalıdırlar.

Müqayisə etməlidirlər.

Və hakimiyyətdən hesab tələb etməlidirlər.

Çünki səs vermək məsuliyyətin sonu deyil.

Məsuliyyətin başlanğıcıdır.

Tramp öz şəklini sikkənin üzərində görə bilər.

Ağ Evin qarşısında Tesla görə bilər.

Öz sosial şəbəkəsinə sahib ola bilər.

Öz internet yayımına sahib ola bilər.

Adını daşıyan kriptovalyutası ola bilər.

Dünyanın prezidentləri və güclü liderləri ilə kameraların flaşları altında şəkil çəkdirə bilər.

Hətta McDonald’s sifarişini Oval Ofisdə qəbul edə bilər.

Amma heç bir prezidentin sahib ola bilməyəcəyi bir şey var:

Amerika.

Çünki Ağ Ev prezidentin iş yeridir.

Prezidentin vitrini deyil.

Exit mobile version