DünyaSiyasət

Ağ Evdə BƏƏ və İsrail arasında İrana qarşı gizli görüş keçirilib

Ağ Evdə BƏƏ və İsrail arasında İrana qarşı gizli görüş keçirilib.

Bu barədə məlumatı Entexab saytı verib. Görüş keçən ilin dekabrın 17-də keçirilib.  Tramp dövlətinin İsrail və ərəb dövlətləri arasında əlaqələri yaxınlaşdırmaq üçün atdığı addımlar məcmuəsinin bir hissəsi kii dəyərləndirilən görüşdə İsrail-BƏƏ əlaqələrinin normallaşması üçün ilk addım olaraq təcavüz etməmə mesajı verilib.

“Ağ Ev keçən ilin dekabr ayında Amerika, İsrail və BƏƏ arasında İrana qarşı əməkdaşlıq mövzusunda üçtərəfli gizli görüş keçirib. Görüşdə Amerikanın Milli Təhlükəsizlik üzrə müşaviri Robert A. Brayn və müavini Viktoriya Kotes, eləcə də Brayan Huk iştirak ediblər”, – saytda bildirilib.

İsrail tərəfdən isə Benyamin Netanyahunun milli təhlükəsizlik müşaviri Mir bin Şəbət, BƏƏ tərəfdən isə bu ölkənin Vaşinqtondakı səfiri Məhəmməd Bin Zayedə çox yaxın şəxs olan Yusif əl-Ətiba iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button