Dünya

Nikol Paşinyanın oğlu cinayətkar dəstə yaradıb

Tanınmış erməni vəkil Aleksandr Koçubaev Paşinyanın oğlunun quldur dəstəsi saxlaması haqqında sübutlar əldə etdiyini bildirib. Məsələ ilə bağlı o, “Facebook” səhifəsində status paylaşıb.
“Serjo Xaratyan həbs olundu. Bəlkə zəif idim, bəlkə də mövcud durum daha güclü idi. Ancaq ən vacibi budur ki, bu bizi məhkəmə savaşına aparır. Əvvəllər milli məsələlərlə məşğul idik, amma indi diqqətimizi cinayət işinə yönəldəcəyik. Çox ağır açıqlamalar olacaq. Dövlət qurumlarının dağıdılmasını təhrik edən və birbaşa həyata keçirən Paşinyanın oğlunun rəhbərlik etdiyi dəstəni tapmağa başlayacağıq”, – deyə vəkil bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button