Site icon Aznews TV

Ağdam və Şuşa istiqamətində ilk müntəzəm marşrut avtobusu yola düşdü

Aznews.tv xəbər verir ki, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, ilk olaraq Şuşaya iki, Ağdama iki reys, Əhmədbəyliyə isə dörd reys start götürür:

“Bütün marşrutlar üzrə biletlər artıq satışdadır. Əhali arasında aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saat təşkil edir. Şuşa və Ağdamda ziyarət üçün sərnişinlərə iki saat yarım vaxt ayrılır. Bu müddət ərzində oradakı yerləri gəzmək mümkün olacaq. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək”

Exit mobile version