Site icon Aznews TV

Ağdamda insan skeletinə bənzər sümüklərin aşkarlanması ilə bağlı araşdırmalara başlanılıb

Hadisə aprelin 6-da rayonun Ergi düzü adlanan ərazidə qeydə alınıb.

Belə ki, qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.

Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilməsi faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Exit mobile version