İdmanİran

Ailəmi hakimliyə qurban etməyəcəyəm – Fəğani

Artıq ailəmi hakimliyə qurban etməyəcəyəm.

Aznews.tv xəbər verir ki, bu sözləri İran futbulunun Super Liqasında hakimlik edən Əlirza Fəğani “Fars” xəbər agentliyinə danışarkən deyib.

“2018-ci il Rusiyyadə keçirilən dünya çempionatından sonra ailəmin yanında olmağa şərait yaratmağa çalışırdım. Ailəm başqa yerdə yaşamaq istədi. Ona görə də Avstraliyada iqamətqah aldım. Əgər istərsəm hakimlik edəcəyəm. Əgər beynəlxalq oyunlara çağırsalar, İran adı altında iştirak edəcəm. Yaranan şəraitə görə mənim İranda hakimlik etmək ehtimalım çox azdır. Ehtimalən “İstiqlal”-“Fulad” son hakimliyim olacaq. Kəsinliklə, 3-4 həftəyə kimi Avstraliyaya gedəcəm”, – Fəğani bildirib.

Cari ilin 2-ci həftəsində keçirilən “İstiqlal”-“Fulad” oyununun hakimi son günlərdə “İstiqlal” tərəfdarlarının tənqidləri ilə üzləşib.

Qeyd edək ki, Əlirza Fəğani 2014-15-ci ildə, şəhrivərin 25-i “Səhənd” stadionunda “Traktor”la Tehranın “Nəft” klubları arasında keçirilən oyunun hakimi olub. Bir çox futbal mütəxəssilərinin fikrincə, bu oyun hakimin yanlışları üzündən “Traktor” çempionluğu əldən verib. Həmin oyunda “Traktor”dan 1 oyunçu şübhəli olaraq qırmızı kartla kənarlaşdırıldı. Eyni zamanda “Traktor” əleyhinə şübhəli penalti elan edildi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close