Site icon Aznews TV

Alanyada turist gəmisi batıb: Ölən var

Türkiyənin Alanya bölgəsində batan turist gəmisindən bir nəfərin meyiti çıxarılıb.

Hadisə zamanı gəmidə 30 nəfərin olduğu bildirilir.

Qəza Antalya vilayətinin Alanya Qalasının Fosforlu Mağarasından 50-100 metr uzaqlıqda baş verib. Hadisənin səbəbləri hələ ki bəlli deyil.

Digər sərnişinlərin axtarışları davam edir. Bölgəyə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Exit mobile version