Cəmiyyətİran

“Alma Bulağı” su anbarı tunelinin fəhlələrinə aylardır maaş ödənilmir

Sulduzun Beyim Qala kəndində “Alma Bulağı” (Kani Sib) su anbarının suyunu Urmu gölünə aparan tuneldə işləyən 120-ə yaxın fəhləyə 4 aydır maaş ödənilmir.

Aznews.tv xəbər verir ki, bu barədə İLNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, fəhlələr maaşın ödənilməməsinə səbəb kimi pul vəsaitinin və maliyyə resursların çatışmazlığını göstəriblər.

“Bizə bir dəfə maaş ödəniləndən sonra növbəti dəfə hansı tarixdə maaş əldə edə biləcəyimiz məlum olmur. Bəzən bu aylarla yubanır. Bu dəfə artıq gecikmə 4 aya çatıb. Onsuz da maaşların xərclərə cavab vermədiyi bir dövrdə yaşayırıq. Belə çətin və təhlükəli peşədə çalışmağın əziyyəti bir yana, maaşların vaxtı-vaxtında ödənilməməsi isə yaşamı daha da çətinləşdirib”, – deyə, fəhlələr bildirib.

Fəhlələr maaşlarının gecikməsinə etiraz əlaməti olaraq bir neçə dövlət orqanının binası qarşısında aksiya keçirib, sonuncu dəfə iyun ayında iş yerində işi dayandırıblar. Həmin vaxt bəzi məsul şəxslərin iş yerinə gələrək problemin qısa zamanda həlli ilə bağlı verdiyi vədlərə indiyə qədər əməl edilməyib.

Qeyd edək ki, illərdir Urmu gölünün bərpası üçün sözdə və kağız üzərində milyardlarla vəsaitin ayrıldığını bildirirlər. Real olaraq Urmu gölünün yenidən canlanması üçün icra olan layihələr xeyli problemlərlə üzləşir. Son günlərdə prezident Ruhani qeyd edib ki, 11-ci və 12-ci dövlətin ən böyük nailiyyətlərindən biri Urmu gölünün bərpasıdır. Lakin Urmu gölündə builki yağıntılarla bağlı az miqdarda su səviyyəsi qalxıb ki, bu, gölün bərpası demək deyil. Gölün bərpası üçün xeyli işlər görülməlidir. Məsullar bəzi məsələlərə diqqət ayırmaqla həm Urmu gölünün problemlərinin həllinə bir addım yaxınlaşar, həm də fəhlələrin maaşları vaxtlı-vaxtında ödənilər.

Related Articles

Bir cavab yazın

Back to top button