Site icon Aznews TV

Almaniya Litvaya “Patriot” sistemləri yerləşdirəcək

“Report” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

“Şimali Atlantika Alyansının tələbi ilə Almaniya 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək.

Slovakiyadakı “Patriot” missiyasının qüvvələri də buna töhfə verəcək.

Çoxmillətli hava qüvvələri və raketdən müdafiə sistemi ləğv ediləcək”, – Bundesver qeyd edib.

Berlin həmçinin Slovakiya ərazisində raketdən müdafiə sistemlərinin fəaliyyətini təmin etmək üçün Polşadan olan dəstək bölmələrinin Litvaya köçürüləcəyini açıqlayıb.

Exit mobile version