BölgəCəmiyyətDünyaİran

Almaniya Miqrasiya İdarəsi: Hər il daha çox iranlı məzun Almaniyadan sığınacaq istəyir

Aznews.tv Fransanın “RFİ” agentliyinə istinadən xəbər verir ki, Almaniya Miqrasiya İdarəsinin məlumatına görə, iranlı qaçqınlar arasında universitet təhsilli qaçqınların sayı hər il Almaniyada daha da artır. 2018-ci ildə iranlı qaçqınları arasında universitet məzunlarından qaçqınların nisbəti 47.5 faiz təşkil edib.

Almaniya Federal Miqrasiya Bürosunun yaydığı hesabatın təfərrüatları De Volt jurnalında dərc edilib. Hesabata görə, 47.5 faiz universitet məzunları ilə yanaşı, 2018-ci ildə Almaniyaya sığınan iranlı qaçqınların təxminən 40 faizini diplomlu şəxslər təşkil edib. İranlı qaçqınların heç biri savadsızlar siyahısında yer almayıblar.

Federal Miqrasiya İdarəsinin statistikasına görə, son illərdə Almaniyada hər il İran və Türkiyədən olan ali təhsilli qaçqınların sayı artmaqdadır. Məsələn, 2018-ci ildə İrandan universitet təhsili sığınacaq axtaranların sayı 2017-ci illə müqayisədə 5% və 2016-cı illə müqayisədə daha çox artıb.

Bu tendensiyanın fonunda Federal Miqrasiya Xidmətinin rəsmiləri Almaniyanın İran və Türkiyə universitetlərindən məzun olan qaçqınların ixtisasından yararlanmasını optimallaşdırmaq üçün əlverişli şərait yaratmağı təklif ediblər.

İranın qonşu ölkələri arasında ali təhsilli sığınacaq axtaranlar baxımından yalnız Türkiyə bu sahədə İrandan daha yaxşı vəziyyətə malikdir. 2018-ci ildə Almaniyaya sığınan Türkiyə vətəndaşlarının təxminən 60% -i universitet təhsili aldıqlarını bildiriblər. 2017-ci ildə bu rəqəm 13 faiz aşağı idi. Ancaq 2018-ci ildə türkiyəli qaçqınların 8 faizini ümumiyyətlə təhsili olmayan şəxslər təşkil edib.

İraq, Suriya və Əfqanıstandan olan ali təhsilli qaçqınların sayı İran və Türkiyədən dəfələrlə azdır.

2018-ci ildə suriyalı qaçqınların 17% -i, iraqlı qaçqınların 14% -i və əfqanıstanlı qaçqınların təxminən 12%-ni ali təhsilli şəxslər təşkil eib.

Federal Miqrasiya İdarəsinin hesabatına görə, 2018-ci ildə Almaniya hökumətinə sığınacaq üçün müraciət edənlərin ümumi sayının təxminən 30% -i universitet məzunları, 20% -dən çoxu isə orta məktəb atesstatlı şəxslər olub.

Beləliklə, Almaniyanın əmək bazarı digər xalqların hesabına təhsil almış işçi qüvvələrdən istifadə edə bilər.

Almaniya Miqrasiya İdarəsinin hesabatında qeyd olunur ki, universitetlər məzunlarının ən çox tərk etdikləri Türkiyə və İran kimi ölkələrin makroiqtisadiyyatı bu artan tendensiyadan ciddi şəkildə zərər çəkəcək.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button