Dünya

Almaniyada koronavirusa yoluxanların sayı 11 minə çatdı

Almaniyada təsdiqlənmiş koronavirus hallarının sayı gün ərzində 2,8 min artaraq 11 minə çatıb.

Bu haqda məlumatı cümə axşamı Robert Koç İnstitutu yayıb.

Məlumata görə, ölənlərin sayı is 20 nəfərdir.
Son məlumatlara görə, təsdiqlənmiş koronavirus yoluxucularının sayı 10999-a bərabərdir.

Səhiyyə Nazirliyinin tərkibinə daxil olan Robert Koç İnstitutu ölkədə baş verən insidentlərin statistikasını aparır, lakin gündə bir dəfə yayımlanan məlumatlar medianın məlumatlarından fərqlənir. İnstitut rəhbərliyi əvvəllər məlumatdakı uyğunsuzluqlardan xəbərdar olduğunu bildirərək bunu “müvəqqəti geriləmə” və regional şöbələrin rəsmi hesabatlarının birləşdirilməsinin zəruriliyi ilə izah etmişdir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close