CəmiyyətDünya

Almaniyada mühacirlərə dəstək olmaq üçün nümayiş keçirilib

Almaniyanın paytaxtı Berlində mitinq keçirən minlərlə etirazçı Avropa Birliyini Yunanıstan sərhədində sığınacaq miqrantları qəbul etməyə çağırıb.

Dəniz Körpüsü Hərəkatının təşkil etdiyi böyük bir aksiyada toplaşan etirazçılar Avropa Birliyinin miqrasiya siyasətini tənqid edən şüarlar səsləndirib.

“Biz bilirik ki, Almaniyada Yunanıstan sərhədində boğulan, təhqir edilən, işgəncəyə məruz qalan və öldürülən insanlar üçün yer var” – deyə nümayişçilər öz etirazlarını bildirib.

Dəniz Körpüsü hərəkatı aksiyada 4000 nəfərin iştirak etdiyini, daha 5 min nəfərin Hamburqdakı oxşar aksiyada iştirak etdiyini açıqlayıb.

Xatırladaq ki, Avropa Birliyinin Türkiyədəki miqrantlara verəcəyi vədlərini yerinə yetirmədiyini deyən rəsmi Ankara bu yaxınlarda miqrantların Avropaya çatmasına mane olmayacağını açıqlayıb. Bundan sonra minlərlə sığınacaq axtaran suriyalı Avropaya getmək üçün Yunanıstan və Bolqarıstanla həmsərhəd olan Türkiyənin Ədirnə vilayətinə axın edib.

Related Articles

Bir cavab yazın

Back to top button