Dünyaİqtisadiyyatİran

Almaniyanın İrana ixracı iki dəfə azalıb

Aznews.tv “Euronews”a istinadən xəbər verir ki, ABŞ-ın iqtisadi sanksiyaları nəticəsində İran və Almaniya arasındakı ticarətin həcmi 2019-cu ilin ilk yarısında təxminən 50 faiz azalıb.

Almaniya hökumətinin statistikasına görə, 2019-cu ilin ilk altı ayında bu ölkənin İrana ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq 678 milyon avroya düşüb. Bunun əksinə olaraq, İran mallarının Almaniyaya idxalının dəyəri eyni dövrdə 43 faiz azalaraq 110 milyon avroya enib.

Almaniyanın Topdansatış və Xarici Ticarət Birliyi statistikaya cavab olaraq, iki ölkə arasında xarici ticarətin azalmasının gözlənilməz olmadığını bildirib, çünki alman şirkətləri İran və ABŞ bazarları arasında seçim etməlidirlər və hansı bazarın onlar üçün daha çox prioritet daşıdığı aydındır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp keçən il ölkəsini İranla nüvə razılaşmasından birtərəfli qaydada çıxarmaqla, İslam Respublikasına qarşı geniş maliyyə, ticarət və neft sanksiyaları tətbiq edib.

ABŞ-ın İrana qarşı sanksiyaları geniş miqyasa malikdir, yəni İranla ticarət əlaqələri olan üçüncü bir ölkənin də ABŞ sanksiyalarına məruz qalması deməkdir.

Almaniya, Fransa və Britaniya İranla nüvə sazişinin avropalı tərəfləri olaraq, son bir il ərzində bu sazişi qorumaq üçün geniş iqtisadi və diplomatik səylər göstəriblər.

Son addım olaraq isə, Avropa tərəfi ABŞ-ın sanksiyalarına məruz qalmayan İranla qida və dərman ticarətini dəstəkləmək üçün İnstex adlı maliyyə mexanizmini tətbiq etməyə hazırlaşır.

Lakin, İran hesab edir ki, bu maliyyə mexanizmi İran neftinin Avropa tərəfindən alınmasına da zəmanət verməlidir.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button