Dünyaİqtisadiyyat

Almaniyanın İrana ixracı yarıya enib – Röyters

Almaniyanın İrana ixracı keçən il yarıya enib.

Bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Almaniyanın İrana ixracının azalması, ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları səbəbindən olub. Həmçinin, İranın da Almaniyaya ixracı azalıb.

Məlumata görə, Almaniyanın İrana ixracı 2019-cu ilin yanvrından noyabrına kimi 1.3 milyard avro, yəni təxminən, 1.5 milyard dollar olub. Bu isə öncəki il ilə müqayisədə 48 faiz azalmasına dəlalət edir.

Almaniya başqa məhsullarla müqayisədə daha çox texnika, kimyəvi məhsullar, qida və dərman maddələrini İrana ixrac edib.

Almaniyanın İrandan idxalında vəziyyət, ixracı ilə müqayisədə daha ağırdır: Almaniya İrandan təxminən 191 milyon avro cins idxal edib, bu isə keçən ilə ilə müqayisədə 55 faiz daha azdır.

Almaniyanın Xarici Ticarət Ofisinin müdiri Holger Binqman bildirib ki, elə də yaxşı olmayan vəziyyət İran ilə ABŞ-ın yaranmış son gərginlikləri nəticəsində daha da ağırlaşıb:

“Amerikanın kəskin təzyiqləri və sanksiyaları daha çox ticarət müəssisələrini məcbur etmişdir ki, ABŞ bazarı ilə İranın bazarı arasında seçim etsinlər. Elə buna görədir ki, İran ilə ticarət problemlərlə dolu bir məsələyə çevrilmişdir. İran da öz növbəsində Avropa Birliyinə reaksiya kimi həmin müqavilədən çıxarsa vəziyyət bundan da ağır olacaq. İnanmıram ki, yaxın gələcəkdə İran ilə Almaniya arasında ticarət müqabilələri sahəsində inkişaf müşahidə edə bilək”.

Qeyd edək ki, Trampın “Nüvə razılaşması”ndan ABŞ-ın birtərəfli çıxması qərarına əsasən ABŞ İranla ticari əlaqə yaradan üçüncü ölkələrə də tətbiq etmək şərtilə İran İslam Respublikasına qarşı “hədəksər təzyiq” və ən kəskin sanksiyalar siyasətinə qayıtmışdır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close