BölgəİranSiyasət

Almaniyanın Xarici İşlər naziri: Bölgədə vəziyyət olduqca “gərgindir”

Aznews.tv “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Almaniya xarici işlər naziri şənbə günü Ərəbistanın mühüm neft yataqlarına edilən hücumları kəskin pisləyib.

16 sentyabr (25 şəhrivər), bazar ertəsi günü Hayko Mas Berlində Ərəbistanın neft emalı zavodlarına edilən hücumları pisləyərəyk deyib: “Regionda vəziyyət olduqca gərgindir”.

Almaniya xarici işlər nazirinin sözlərinə görə, ölkəsi hücumun təqsirkarı və ya təqsirkarları ilə bağlı dəqiq nəticəyə gəlmək üçün müttəfiq ölkələrlə təhlil aparır.

Qeyd edək ki, şənbə günü onadək pilotsuz uçuş aparatı Ərəbistanın şərqindəki Aramko dövlət neft şirkətinə aid “Bəqiq” və “Xəris” neft yataqlarına hücum edib. İranın dəstəklədiyi Yəmən husilərinin sözcüsü hücumların bu şiə qruplaşması tərəfindən törədildiyini bildirib.

ABŞ rəsmiləri peyk görüntülərini yayaraq Səudiyyə Ərəbistanın iki neft və qaz istehsalı mərkəzində, o cümlədən Bəqiq həyati və vacib mərkəzinə 19 nöqtənin hədəfə alındığını açıqlayıblar. Bu görüntülər əsasında rəsmilər hücumların Yəmən istiqamətindən deyil, İraqdan və ya İrandan baş verdiyini hesab edir.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button