Site icon Aznews TV

AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradılıb

Akademiyadan verilən xəbər görə, bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib.

Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək.

Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb. (apa)

Exit mobile version