İran

Urmulu milli fəal Salar Tahir əfşar saxlanılıb

Güney Azərbaycanın Urmu şəhərindən olan milli-mədəni fəal Salar Tahir Əfşar saxlanılıb. O, bundan öncə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz məqsədilə qoşulduğu mitinqlərdə tutuqlanıb. Son məlumata görə, fəal əmniyyət məmurları tərəfindən bu gün saxlanılıb. O, Urmu şəhərinin əmniyyət idarəsinə aparılıb.
Qeyd edək ki, bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin Təcdid-nəzər məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib. Ona qazilər tərəfindən “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət verilib.
Hakimlər ibtidai məhkəmənin “hökumətə qarşı təbliğat” ittihamını 1996-cı ildə təsdiq edilmiş İslami Cəza Qanununun 500-cü maddəsinə uyğun hesab edərək fəalın 1 il həbs cəzasını qüvvədə saxlayıblar.
Salar Tahir Əfşar 2020-ci il culayın 16-da Azərbaycana dəstək mitinqləri ilə ilgili Urmuda saxlanılıb. O, bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılıb.
Milli fəal dəfələrlə əmniyyət qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunub. Sonradan fəalın həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button