Site icon Aznews TV

Amerika İran hökumətini iki Fransa vətəndaşını təcili azad etməyə çağırıb

İranın dövlət televiziyası bundan bir gün öncə Kəşfiyyat (Ettelaat) Nazirliyinə aid məlumatda İranda həbs edilmiş iki Fransa vətəndaşını “casusluq” və “ölkədə xaos, kütləvi iğtişaşlar və sabitliyin pozulmasının təşkili üçün müəllim və işçi fəallarla əlaqə yaratmaq” kimi saxta ittihamlarla suçlamışdı.

Sesil Kohler və Jak Pari adlı Fransa vətəndaşları, Fransa Təhsil Birliyinin bildirdiyinə görə, sözügedən birliyin üzvləridir və tətil üçün İrana səfər ediblərmiş. Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi həmin vətəndaşlara qarşı ittihamları əsassız adlandırmış və İran hökumətini təcili şəkildə onları azadlığa buraxmağa çağırmışdı.

Exit mobile version