Site icon Aznews TV

Amerika İran təhdidinə qarşı daha çox addım atmağa hazırdır

Prezident bildirib ki, Amerika Birləşmiş Ştatları təhdid və hücumlara qarşı yaranan zərurət əsasında əlavə tədbirlər görməyə hazırdır. O, ABŞ qüvvələrinin Suriyada İrana bağlı silahlı qruplaşmaların hücumlarına verdiyi cavaba toxunaraq bəyan edib ki, bu hücumlar çəkindirici addım kimi eskalasiya riskini məhdudlaşdırmaq və mülki əhali arasında itkilərin qarşısını almaq üçün nəzərdə tutulub.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ABŞ-nin İrana bağlı silahlıların mövqelərinə iki hücumu zamanı azı 19 nəfər həlak olub.

Məlumata görə, bu hücumlarda İrana bağlı silahlı qrupun 16 üzvü və 3 Suriya əsgəri öldürülüb.

Exit mobile version