Site icon Aznews TV

Amerika İranı neft tankerini sərbəst buraxmağa çağırdı

Fransa xəbər agentliyinin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel açıqlama verib.

“İranın gəmiləri təqib etməsi və regional və beynəlxalq sularda gəmiçilik hüquqlarına müdaxiləsi beynəlxalq qanunlara ziddir və bölgə ölkələrinin sabitliyini və təhlükəsizliyini pozur”,- o bildirib.

O, ABŞ və dünya ictimaiyyətinin İrandan ələ keçirdiyi gəmini azad etməsini tələb etdiklərini vurğulayıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu mayın 3-də Hörmüz boğazında Panama bayrağı altında üzən neft gəmisini ələ keçirib.

Exit mobile version