Site icon Aznews TV

Amerika İranın daha yeddi rəsmisinə sanksiya tətbiq edib

Bu siyahıda daxili işlər naziri Əhməd Vahidi, rabitə naziri İsa Zarepur və kiberpolis rəhbəri Vahid Məcidin adları var.

Bununla yanaşı Tehran polisinin rəisi Hüseyn Rəhimi, polis əməliyyatları üzrə müavini Hüseyn Sacidiniya, SEPAH-ın siyasi müavini Yadullah Cavani və Sarallah Qərargahının müavini Hüseyn Necatın da adları Amerikanın yeni sanksiyalar siyahısına daxil edilib.

Amerika maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib ki, ölkə İslam Respublikasının interneti kəsmək və etirazları zorakılıqla yatırmaqda davam edən hərəkətini pisləyir.

Birləşmiş Ştatların Maliyyə Nazirliyinin yeni addımı İran İslam Respublikasının bu məmurlarının Amerikadakı bütün aktivlərini dondurur. Amerika vətəndaşları və şirkətlərinə də bu məmurlarla iş görmək qadağan ediləcək və onlarla iş görənlər də sanksiyalara məruz qalacaq.

Exit mobile version