Dünyaİran

Amerika İranın qabaqcıl sentrifuqaların istifadəsini “Hərtərəfli Birgə Fəaliyyət Proqramının” pozuntusu hesab edir

Birləşmiş Ştatlar İranın qabaqcıl sentrifuqaların istifadəsini “Hərtərəfli Birgə Fəaliyyət Proqramının” pozuntusu hesab edir.
ABŞ-ın Beynəlxalq Atom Enerjisi Təşkilatında nümayəndəsi İranın qabaqcıl sentrifuqaların istifadə etməsini “Hərtərəfli Birgə Fəaliyyət Proqramının” tələblərinin pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, İran öz öhdəliklərinə sadiq qalmayıb. ABŞ səfiri bir daha İranla danışıqların keçirilməsinə çağırıb.
ABŞ-ın Beynəlxalq Atom Enerjisi Təşkilatında nümayəndəsi Ceki Volkat İran tərəfindən “Hərtərəfli Birgə Fəaliyyət Proqramının” tələblərinin pozulduğunu bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin iclası 11 iyun çərşənbə axşamı Vyanada keçirilib.
ABŞ Atom Enerjisi Agentliyinin İdarə Heyətində təmsil olunan 35 üzv ölkədən biridir. İranın qabaqcıl sentrifuqaların istifadə etdiyini bildirən Ceki Volkat deyib ki, bu ölkə nüvə sazişi ilə nəzərdə tutulan öhdəliklərini pozub.
O bir daha ölkəsinin nüvə münaqişəsi üzrə İran İslam Respublikasının rəhbərliyi ilə dadnışıqların keçirilməsinə hazır olduğunu bildirib.
Ceki Volkat eyni zamanda qeyd edib ki, İslam Respublikası uranın zənginləşdirilməsinin artırılması rıçaqından istifadə etməklə Amerikanı öz siyasətindən geri çəkilməyə məcbur edə bilməz.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button