Site icon Aznews TV

Amerika İranla bağlı 11 şirkət və 7 şəxsə sanksiya tətbiq etdi

Bu haqda Amerika Maliyyə Nazirliyi bəyanat yayıb.

Məlumatda bildirilib ki, həmin şəxs və şirkətlər İranın beynəlxalq maliyyə sistemindən istifadə edərək nüvə proqramını və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə dolayı yolla yardım ediblər.

Nazirlik vurğulayıb ki, bu sistemlər həm də rejimin öz proksi qüvvələrini maliyyələşdirməyə və İran xalqına qarşı repressiyalara davam etməyə imkan verir.

“Sanksiyaya məruz qalan informasiya texnologiyaları və maliyyə şirkətləri, hökuməti İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən internetə çıxışı məhdudlaşdırmaq və məcburi hicab qanunlarını pozan qadınları hədəf almaq üçün istifadə edilən qabaqcıl müşahidə texnologiyaları ilə təmin ediblər”,- ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Exit mobile version