Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Amerika İranla bağlı 11 şirkət və 7 şəxsə sanksiya tətbiq etdi

Amerika Maliyyə Nazirliyi İran hökumətinin gəlir əldə etməsi və ABŞ sanksiyalarından yayınma səylərində rol oynadıqları üçün İslam Respublikası ilə əlaqəli 18 fiziki və quruma qarşı yeni sanksiyalar tətbiq edib.

Bu haqda Amerika Maliyyə Nazirliyi bəyanat yayıb.

Məlumatda bildirilib ki, həmin şəxs və şirkətlər İranın beynəlxalq maliyyə sistemindən istifadə edərək nüvə proqramını və hərbi fəaliyyətlərinin maliyyələşdirilməsinə dolayı yolla yardım ediblər.

Nazirlik vurğulayıb ki, bu sistemlər həm də rejimin öz proksi qüvvələrini maliyyələşdirməyə və İran xalqına qarşı repressiyalara davam etməyə imkan verir.

“Sanksiyaya məruz qalan informasiya texnologiyaları və maliyyə şirkətləri, hökuməti İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən internetə çıxışı məhdudlaşdırmaq və məcburi hicab qanunlarını pozan qadınları hədəf almaq üçün istifadə edilən qabaqcıl müşahidə texnologiyaları ilə təmin ediblər”,- ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button