Site icon Aznews TV

Amerika iranlı müxalifləri oğurlamaqda günahlandırılan 4 İttilaat məmurunı təhrim edib

Nyu-Yorkda yaşayan İran əsilli xanım jurnalist və insan haqları fəalı Məsih Əlinejadı oğurlamağı planlaşdırmaqda günahlandırılan İranın İttilaat Baxanlığının 4 məmuru təhrim edilib. Şəhrivərin 12-də Amerikanın Maliyyə Baxanlığının yaydığı açıqlamada bildirilir ki, İranın İttilaat Baxanlığının məmurları olan 50 yaşlı Əlirza Şəhvaruqi Fərahani, 42 yaşlı Mahmud Xazeyin, 35 yaşlı Kiya Sadeqi və 45 yaşlı Ümid Nuri qabaqcadan hazırlanan plana əsasən, xanım jurnalisti Nyu-Yorkdan oğurlayaraq İrana qaytarmağa çalışıblar. “Adları çəkilən şəxslər Amerika vətəndaşı olan jurnalist Məsih Əlinejadı və xaricdə yaşayan İran hakimiyyətinə bir sıra müxalifləri susdurmağı hədəfləyiblər. Amerikanın Maliyyə Baxanlığının təhrimləri ilə üzləşən bu şəxslərdən biri, yəni Əlirza Şəhvaruqi Fərahani İttilaatın yüksək vəzifəli məmurlarından biri olaraq, jurnalist Məsih Əlineladın oğurlanması planını hazırlayan şəbəkəyə başçılıq edib. Jurnalisti oğurlamaq üçün həyata keçirilən uğursuz əməliyyat isə, İran İslam Cumhuriyyəti hökumətinin və onun əmniyət qurumlarının xarici ölkələrdə yaşayan müxalif iranlıları hədəfə almaq və onları bu yolla ölkəyə qaytarmaq üçün atdığı təxribat addımlarından biri kimi qiymətləndirilir”, -deyə Amerika Maliyyə Baxanlığının yaydığı açıqlamada bildirilir. Xatırladaq ki, İran İttilaat Baxanlığının 5 nəfərdən oluşan casus şəbəkəsi bu ilin tir ayında Nyu-Yorkda mühacirətdə yaşayan, həm İran, həm də Amerika vətəndaşı olan müxalif jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadı oğurlamağa çalışsalar da, onların bu çabası uğursuz alınıb.

Exit mobile version