Site icon Aznews TV

Amerika Konqresi SEPAH-ı terrorçu qruplar siyahısına salınmasını istədi

Məktubu imzalayan konqresmenlər Avropa Birliyindən SEPAH-ı terrorçu qruplar siyahısına salmağı istəyiblər.

Məktub son beş ildə İranın Avropada vətəndaşları qaçırmaq, öldürmək və ya onlardan casusluq etmək üçün ən azı 33 əməliyyat təşkil etdiyini göstərən araşdırmanın nəticələrinə istinad edir.

“İran hələ də terroru dəstəkləyən ölkədir. Onilliklər ərzində İslam İnqilabı Keşikçiləri Korpusu sərbəst və açıq şəkildə Avropa Birliyi ölkələrinin vətəndaşlarını hədəfə almaq üçün planlar qurub”,- məktubda qeyd edilib.

Qeyd edək ki, Amerika 15 aprel 2019-cu ildə SEPAH-ı xarici terror təşkilatı kimi tanıdı və bu yaxınlarda Avropa Parlamenti Avropa Birliyindən SEPAH və onun filiallarını Avropa Birliyinin terrorçu siyahısına əlavə etməyi tələb edən təklifə səs verdi.

Exit mobile version