Azərbaycanİran

Anadili hərəkatı fəalı Əkbər Nəiminin uzun müddətli həbs cəzası təsdiqləndi

Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı ana dili hərəkatı fəalı Əkbər Nəiminin barəsində çıxarılan 9 il 6 ay həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilib.

Ana dili fəalının vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyi bu barədə məlumat verib və bildiriblər ki, bu, İran Ali Məhkəməsinin bundan öncə çıxardığı qərarla zidyiyyət təşkil edir.

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilən Əkbər Nəimi, “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Related Articles

Bir cavab yazın

Back to top button