Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Amerika rəsmisindən Əli Xaməneiyə cavab

Amerika Xarici İşlər Vəzirliyinin sözçüsü Morqan Orteqas, Əli Xaməneinin tvitinə cavab verib. O, İran xalqının “Bəsic”in güllələrinə yox, azadlığa layiq olduğunu deyib. “Xaməneinin quldurları keçən ilin aban etirazlarında İran xiyavanlarında 1500 iranlını öldürüb. Onlardan ən az 23 nəfəri uşaq olub”,-deyə Orteqas bəyan edib. Xatırladaq ki, Əli Xamənei Amerikada irqçilik əleyhinə baş verən son etirazlarla bağlı tvit yazıb. “Amerika şəhərlərində hökm sürən qeyri-sabitlik dünyada görünməyib. Xiyavanda gedən bir gənc ağılsız, məst, bir quldurun silah tuşlayaraq onu qətlə yetirməyəcəyindən əmin deyil ”,-deyə o, vurğulayıb. Bildirək ki, mordadın 31-də İranın Şəhriyar şəhərində motor sürən iki gənc polisin sürücülük sənədi istəməsinə əhəmiyyət verməyib. Onlar hadisə yerini tərk etməyə cəhd ediblər. Nəticədə polis məmurlarının açdığı atəş nəticəsində canlarını itiriblər. Gənclərdən biri vaxtında tibbi yardım göstərilməməsi, habelə olay yerində polis məmuru tərəfindən döyülməsi nəticəsində ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button