Dünya

Ulyanov: Amerika və İran tezliklə nüvə anlaşması ilə bağlı birbaşa danışıqlara başlayacaqlar

İran prezidenti daha öncə bildirib ki, əgər Amerika hökuməti İrana qarşı bütün sanksiyaları ləğv edərsə, iki ölkə birbaşa müzakirə apara bilərlər.

İran prezidenti daha öncə bildirib ki, əgər Amerika hökuməti İrana qarşı bütün sanksiyaları ləğv edərsə, iki ölkə birbaşa müzakirə apara bilərlər.

“Aznews tv” xəbər verir ki, İranın atom anlaşmasına dair müzakirələrində Rusiyanın nümayəndəsi Mixail Ulyanov İran və Amerikanın tezliklə nüvə razılaşması ilə bağlı müzakirə masasına əyləşə biləcəklərini deyib.

Yanvarın 26-da “Rusiya 24” telekanalına açıqlama verən Ulyanov, habelə qeyd edib: “Bilmirəm iranlılar və amerikalılar nə vaxt danışıqlar masasına oturacaqlar. Lakin güman edirəm ki, bu, tezliklə baş verəcək”.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi yanvarın 25-də dövlət televizyonuna müsahibəsində Amerikanın sanksiyaları ləğv edəcəyi halda ölkəsinin Vaşinqtonla birbaşa müzakirələrə başlaya biləcəyini deyib. Bu barədə daha öncə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian da açıqlama veri

Related Articles

Bir cavab yazın

Back to top button