Site icon Aznews TV

Amerika və 3 Avropa ölkəsi İrana qarşı qətnamə layihəsini IAEA-yaa təqdim ediblər

Layihədə Qərb dövlətləri İranı gizli saxladığı nüvə obyektlərində aşkar edilmiş uranın izləri ilə bağlı açıqlama vermədiyi üçün tənqid ediblər.

“Reuters” xəbər ajansı Beynəlxalq Ajansa rəsmi şəkildə təqdim edilmiş layihənin bir nüsxəsini görüb və bildirib ki, bu nüsxə ötən həftəki versiyadan çox da fərqlənmir.

“Reuters” habelə bir neçə diplomata istinadən yazıb ki, Tehranın qətnamənin qeydə alınmaması ilə bağlı xəbərdarlığına baxmayaraq, Qərb ölkələrinin bu qətnaməni rəsmi şəkildə Qəyyumlar Şurasına təqdim edəcəkləri gözlənilirdi.

Exit mobile version