Site icon Aznews TV

Amerika yeni “Starship” raketini sınaqdan keçirib

Raketin əsas sistemlərini sınaqdan keçirmək üçün SpaceX onu yanacaq və oksidləşdirici ilə dolduraraq, bir neçə saniyə ərzində mühərrikləri işə salıb.

Sınaq Texasın Boka Çika şəhəri yaxınlığındakı SpaceX kosmodromunda baş tutub.

Report-un məlumatına görə, “Starship S25” aprelin 20-də orbital sınaq uçuşu zamanı partlayan S24 raketinin davamçısıdır.

İlon Maskın daha əvvəl dediyi kimi, S25 təxminən altı həftəyə uçmağa hazır ola bilər.

Exit mobile version