Amerikanın paytaxtı Vaşinqtonda tikilməkdə olan bina çöküb.
AN.T-nin məlumatına görə, bu barədə paytaxtın Yanğından qoruma İdarəsi “Tuiter” səhifəsində xəbər paylaşıb.
Hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalıb, bir neçə nəfər yaralanıb.
Xəsarət alanların hamısı tikintidə işləyən işçilərdir. Xilasedicilər dağıntılar altında axtarış aparır.
Yaxınlıqdakı binanın sakinləri təxliyə edilib.
Amerikada daha bir bina çöküb, yaralılar var
