Dünya

Amerikada koronavirus hadisələrinin sayı bir həftədə 50.000-i keçib

Amerikada təsdiqlənmiş koronavirus hadisələrinin sayı bir həftə ərzində on qat artaraq 50.000-i keçib.

Bu haqda məlumatı Cons Hopkins Universiteti yayıb.

Cons Hopkins Universitetinin tərtib etdiyi məlumatlara görə, qlobal COVID-19 hallarının ümumi sayı 407.485-ə çatır və bu hadisələrin ən azı 18 200-ü ölümcüldür.

Məlumata görə, Amerikada virusa ən az 53.972 nəfərə yoluxub və 728 virusdan dünyasını dəyişib. Amerikada təsdiqlənmiş pandemi hadisələri cəmi bir həftə əvvəl 5000 olsa da,7 gün ərzində sürətlə yayılaraq on dəfə artıb.

Bununla birlikdə, səlahiyyətlilər etiraf edir ki, Amerikada qeydiyyata alınmamış xəstələrin mövcudluğu da istisna deyil. Çünki ölkədə vətəndaşların virus yoxlanışından keçməsi üçün tibbi ləvazimatlar məhduddur.

Xatırladaq ki, prezident Donald Tramp bazar ertəsi günü artan ölüm sayını avtomobil qəzalarında ölən amerikalıların sayı və mövsümi qriplə müqayisə etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı Amerikada virusun çox artdığını və ölkənin koronavirus pandemisinin qlobal episentrinə çevrilə biləcəyini açıqlayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close