DünyaSağlıq & Yaşam

Amerikada koronavirusa yoluxan məhbus dünyasını dəyişib

Amerikada koronavirusa yoluxan məhbus dünyasını dəyişib.

Aznews.tv xəbər verir ki, Bu haqda məlumat Amerikanın Həbsxana Federal Bürosunun saytında yer alıb.

Məlumata görə, bu, ölkə ərazisində koronavirusdan ölən ilk məhbusdur.

19 Mart Cümə axşamı, Luiziana ştatındakı Oakdale həbsxanasında cəza çəkən 49 yaşlı Patrik Cons uzun sürən öskürəkdən şikayətləni. Daha sonra xəstəxanada test keçirdikdən sonra məhbusda koronavirus olduğu təsdiqlənib.

Qeyd olunur ki, Cons Texas məhkəməsi tərəfindən, narkotik maddə satışı ilə məşğul olduğuna görə 324 ay həbs cəzasına məhkum edilib. Oakdale həbsxanasında 26 aprel 2017-ci ildən bəri cəzasını çəkməkdə olub. Sözügedən həbsxanada hazırda ümumilikdə 990 nəfər cəza çəkir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close