Azərbaycan

Zənganda qaçaqmalçılardan 5 min illik tarixi əsər götürülüb

Bu barədə Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı məlumat verib.

Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Hüseynəli Fəzlinin mediaya verdiyi açıqlamaya görə, Zəngan şəhərində qaçaqmalçılardan 5 min illik tarixi əşya götürülüb.

Onun sözlərinə görə, məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində 5 min illik tarixi olan daş qədəhi satmaq istəyən iki tarixi əsər qaçaqmalçısı saxlanılıb.

Hüseynəli Fəzli əsərin eradan öncə 3-cü min illiyə aid olduğunu və dəyərləndirlməsi üçün ilgili qurumlara verildiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button