Dünya

Amerikada koronavirusa yoluxanların sayı milyonlara çata bilər

Amerikada qısa müddət ərzində koronavirusa yoluxanların sayı milyonlara, ölüm hadisələrinin sayı isə 200.000-ə qədər yüksələ bilər.

Aznews.tv xəbər verir ki, bu sözləri Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, doktor Anthony Fauci “CNN”ə müsahibəsi zamanı deyib.

Ağ Evin koronavirus araşdırma qrupunun üzvü olan Fauci xəstəliyin proqnozlaşdırılmasının olduqca çətin olduğunu və onun artan sürətlə inkişafı haqda düşünmək lazım olduğunu bildirib:

“Belə davam edərsə, Amerikada mümkün ölü sayı 200 minə yüksələ bilər” – deyə professor bildirib.

Xatırladaq ki, Cons Hopkins Universitetinin yaydığı son məlumatlara görə, Amerikada bazar günü günortadan sonra ən az 2 197 nəfər koronavirusdan düyasını dəyişib və yoluxanların sayı 125,300 nəfərə yüksəlib. 2.612 nəfər isə virusdan tam sağalıb.

Ən çox ölüm hadisəsinin qeydə alındığı ərazi 718 nəfər olmaqla Nyu York əyalətidir.

Amerikada digər ölkələrə nisbətən daha çox koronavirus yoluxması müşahidə olunsa da, hələ ki, ən çox ölüm hadisəsi 10,023 nəfərlə İtaliyada müşahidə olunur.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close