Dünya

Amerikanın bu ölkələri yalan ittihamlarla tənqid etməsi gülünc görünür

Amerikanın Çin, Rusiya və İranı COVID-19 haqqında yalnış məlumat yaymaqda ittiham etməsi çirkin bir komediya kimi görünür.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Geng Şhuang deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin sözügedən ölkələri yalan ittihamlarla tənqid etməsi kənardan gülünc görünür.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Rusiya, Çin və İranı koronavirus barədə yanlış məlumat yaymaqda günahlandırıb. Pompeo əlavə edib ki, yanlış məlumat Amerika hakimiyyətinin COVID-19 yayılması ilə mübarizə tədbirlərini gözdən salmaq məqsədi daşıyır.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close