Site icon Aznews TV

Amerikanın keçmiş rəsmilərinin 2018-ci ildə Məhəmməd Cavad Zəriflə gizli görüşü üzə çıxdı

Amerikanın Qanun və Ədalət Mərkəzinin Dövlət Departamentinə qarşı iddia qaldırdıqdan sonra gizlilikdən çıxarılan bu sənədə görə, keçmiş Obama administrasiyasının rəsmiləri Həsən Ruhani hökumətində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə nüvə silahı, məhbus mübadiləsi, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması və Talibanla müzakirələr barədə danışıqlar aparıblar.

Keçmiş Tramp hökumətinin dövlət katibi Mayk Pompeo “The Washington Free Beacon”a açıqlamasında dövlət katibi olaraq çalışdığı müddətdə bu görüşlərin keçirilməsindən xəbərsiz olduğunu bildirib.

Exit mobile version