Mədəniyyət və incəsənət

AN.T-nin rəhbərliyi xanım əməkdaşlarını təbrik etdi – Foto

AN.T Televiziyasının rəhbərliyi kanalın xəbər və verilişlərinin hazırlanmasında əməyi keçən bütün xanım işçilərini Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Belə ki, 8 Mart münasibəti ilə televiziyanın studiyasında tədbir təşkil edilib. Tədbir başladıqdan sonra AN.T televiziyanın rəhbəri Saleh Kamrani canlı bağlantı yaradaraq xanım işçilərini özəl gün münasibəti ilə xoş sözlər deyib, onların dəyərli olduğunu vurğulayıb. Xanımlara xüsusi diqqət və mehribanlığını daim nümayiş etdirən rəhbərlik onlara varlığı üçün də minnətdarlıq edib.

Tədbir çərçivəsində hədiyyə verərək xanımların üzünü güldürməyi bacaran rəhbərlik onların əylənə bilməsi üçün də şərait yaradıb. Zarafatları ilə xoş abu-havanı qoruyan televiziya bəyləri də təbriklərə qoşularaq əhval-ruhiyyə daha da yüksəldiblər.

Tədbirin sonunda isə tort kəsilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close