Site icon Aznews TV

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

Əlirza Fərşi cari həftə ərzində vəziyyəti və tibbi məzuniyyətə buraxılması ilə bağlı açıqlama verilməyəcəyi təqdirdə aclığa başlayacağını bildirib.

O, dekabrın 4-də gözünə edilən cərrahi əməliyyata görə baxış keçirilməli və tikişlərin götürülməli olduğunu, ancaq həbsxana rəhbərliyinin bununla bağlı heç bir tədbir görmək istəmədiyini qeyd edib.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Bir müddət sonra ona qarşı açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.

Exit mobile version