Site icon Aznews TV

“Anonimus” haker qrupu İran telekanallarının yayımını əngəlləyib

İranın bəzi şəhər və kiçik kəndlərində milli radio kanallarının yayımı kəsilib.

Bundan öncə “Anonimus” bildirmişdi ki, İslam Respublikası fars dilli peyk kanallarına parazit göndərməkdə davam etdikcə sözügedən qrup da İran dövlət televiziyasının peyk tezliklərinə parazitlər salacaq.

Bu arada “Utelsat” peyk şirkəti elan edib ki, İran hökuməti oktyabrın 4-dən etibarən iki peykinə parazit göndərib.

Bu hərəkət İrandan kənarda bir neçə farsdilli rəqəmsal televiziya və radio kanallarının yayımına mənfi təsir göstərib.

Exit mobile version